C# - Kurslar






C#


С# üzrə proqramlaşdırmanın öyrədilməsi. C# kursunun təsviri.


Siz proqramlaşdırmanı öyrənməyə hazırsınızmı? Əgər özünüzü hazır hiss edirsinizsə bizimlə başlayın!. C# proqramlaşdırma kursu sizə bu proqramlaşdırma dilinin xüsusiyyətlərini öyrənməyə kömək edəcəkdir. Visual C# 2010 proqramının köməyi ilə müasir proqramlaşdırmanın əsaslarını öyrənin və ilk fərdi proqram vasitələrini yaratmağa başlayın. 

«C# kursu» - İlkin proqramlaşdırma biliklərinə yiyələnmiş və həmçinin bu istiqamət üzrə tamamilə yeni olanlar üçün nəzərdə tutulub. Bizim tədris müəssisəmizdə siz qısa zamanda proqramçı ixtisasının əsaslarına yiyələnəcəksiniz. 
Əgər sizin proqramlaşdırma haqqında sadəcə ümumi təsəvvürünüz varsa və siz bu sahəni daha da dərindən öyrənmək istəryisinizsə, o zaman biz sizə tədrisi ən sadə mərhələdən başlamağı məsləhət görürük. 

Tədris mərhələlərini keçdikcə siz, С# dilinin öyrənilməsi və tətbiqi prosesinin niyə bu qədər sadə olduğunu başa düşəcəksiniz. Siz С# dilinin əksər proqram vasitələrinin yaradılmasındakı rolu ilə yanaşı, onun zəngin funksional imkanları haqqında məlumat əldə edəcəksiniz və hətta bu imkanları bəzi kommersiya tipli lahiyələrdə tətbiq edə biləcəksiniz. Tədris müddətində verilənlərin tipləri, dəyişənlər, konstantlar, məntiqi əməllər, şərt və dövr konstruksiyaları, metodlar və onların tətbiqi, sadə və mürəkkəb rekursiyaların işləmə mexanizmi, massivlərin yaradılmasının əsasları və nizamlanması kimi anlayışlarla geniş şəkildə tanış olacaqsınız. 

Tədris prosesini bitirdikdən sonra siz əmin ola bilərsiniz ki, proqramlaşdırma hər bir şəxs üçün əlçatan bir anlayışdır. Siz əmin olacaqsınız ki, proqramçı olmaq üçün xüsusi riyazi hazırlıq, alimlik dərəcəsi və ya qeyri adi fitri istetad lazim deyildir. Bunun üçün sizə səbirli olmaq və məqsədli şəkildə çalışmaq kifayətdir. 

Bu kurs proqramlaşdırmanı yeni öyrənənlər və bu sahədə müəyyən başlanğıc bilikləri olanlar üçündür

 

Tədris prosesinin mərhələləri:

 

Mərhələ 1:   C# Console Application

     Dərs 1. Microsoft .Net mühitinin əsasları haqqında anlayış.
Cari dərsin məqsədi .NET platformasının quruluşu və funksionallığı barədə ilkin anlayışları vermək. Bu platformanın tətbiqi ilə .NET arxitekturasına malik proqramların yaradılması prosesini göstərmək. Dərs müddətində Console tipli sadə proqram nümunələri yaradılır. Bunlardan əlavə Microsoft Visual Studio 2010 proqramının yüklənilməsi və sistemə müvafiq olaraq sazlanması prosesi göstərilir.

 
     Dərs 2. Tiplər və dəyişənlər haqqında. Maşın riyaziyyatının tətbiqi. 
Dərs müddətində konstant tipli dəyişənlərin təyinatı haqqında məlumat verilir. Bundan əlavə tiplər arasında riyazi əməllər və müqayisələr aparılır. Mətnlərin readəktə olunması və ekranda görünməsini nümayiş edən sadə proqram nümunələri yaradılır. Tip və dəyişənlərin əsas anlayışları izah olunur.  Dərs müddətində say sistemlərinin təsnifatı və həmçinin 2-lik və 16-lıq say sistemlərin tətbiqi haqqında məlumat verilir.  Dəyişənlərin təyin olunması zamanı müvafiq tipin düzgün seçilməsi prosesi göstərilir.

 
     Dərs 3. Şərt operatorlarının tətbiqi.
Dərs müddətində idarəetmə konstruksiyalarından olan IF-ELSE haqqında məlumat alacaqsınız. Şərt operatorları vasitəsi ilə proqram kodununun  reallaşdırılması zamanı sintaksis olaraq müxtəlif variantları təhlil edəcəyik.  Ən kiçik bölünənin tapılması alqoritminin yazılması prosesi göstərilir.  Modul bölgüsünü funskiyasını yerinə yetirən operatorlar. Məntiqi operatorların  quruluşu haqqında.  SWITCH-CASE şərt konstruksiyasının tətbiqi.  SWITCH-CASE blokunda hansı dəyişən tipləri iştirak edə bilər. Konstant tipli dəyişənlərin üstünlükləri.

 
     Dərs 4. Dövr operatorları. FOR
Dərs müddətində siz ən çox istifadə olunan dövr operatoru olan FOR haqqında məlumat alacaqsınız. FOR operatorunun sintaksis quruluşu haqqında.  FOR operatorunun köməkliyi ilə müxtəlif alqoritmik məsələlərin yaradılması. Çətin riyazi məsələlərin həlli zamanı MATH kitabxanasının imkanlarından istifadə etmək.

 
     Dərs 5. Dövr operatorları. WHILE
Dərs müddətində siz  WHILE dövr operatorunun əsas istifadə prinsipləri haqqında məlumat alacaqsınız.  WHILE operatorunun əsas sintaksis quruluşu .  FOR operatorundan fərqləndirən xüsusiyyətləri. Kodlaşdırma prosesindəki qısa yazılış və sürətlilik kimi üstünlükləri. Sonsuz dövrlərin tətbiqindəki effektivliyi.
 
     Dərs 6. Sətrlər və onlar ilə əməliyyatlar. STRING və CHAR tipləri.
Dərs müddətində STRING və CHAR tipləri haqqında məlumat verilir. Bu operatorların digər tiplər ilə müqayisə olunması və əsas fərqlərinin  göstərilməsi prosesinə baxılır. STRING tipinin təyin olunması və onlara məlumatların mənimsədilməsi üsulları. CHAR tipinin təyin olunması və STRING tipindən fərqləndirən xassələri. CHAR tipinin INT tipinə keçirilməsi prosesinin özəllikləri.

 
     Dərs 7. Təsadüfü dəyişənlərin tətbiqi. 
C# proqramlaşdırma dilində Random sinfinin imkanlarından isitfadə qaydaları. Tam və həqiqi ədədlərdən ibarət təsadüfi ədədlərin yaradılması. Next və NextDouble metodlarından istifadə.

 
     Dərs 8. Massivlər. Bir ölçülü massivlərin xassələri.
Dərs müddətində massivlər haqqında anlayış verilir.. Onların təyin olunması və tətbiqi prosesini göstərilir.  Massiv nədir və o adi dəyişənlərdən hansı xüsusiyyətinə görə seçilir. Massivlərdən isitfadənin üstünlükləri.  Massivlər ilə iş zamanı  FOREACH-IN dövr operatorunun tətbiqi. Sətr tipli massivlərin təyini. Massivin nizamlanması, element sırasının dəyişdirilməsi və revers olunması kimi bəzi alqoritmik məsələlərin həlli.

 
     Dərs 9. Massivlər. Çoxölçülü massivlərin xassələri.
Cari dərsdə çoxölçülü massivlərin xassələri haqqında məlumat verilir. Çox ölçülü massivin təyin olunması və funksionallaşdırılması prosesi. Massivin elemetləri arasındakı keçidin təmin olunması üçün ikili dövrlərdən isitfadə. Massivin elementlərini  səliqəli formda çap etmək üçün alqoritm tərtib olunması.
 
     Dərs 10. Sətrlər və onlar ilə əməliyyatlar (davamı)
Bu dərsdə sətrlər ilə iş prosesi daha dərindən analiz olunacaq. Müxtəlif  alqoritmik məsələlərin həllinə baxılacaq. Sətrlərin tərkində axtarışın təmin olunması. Verilmiş sətrin uzunluğunun həm alqoritmik, həmdə hazır metodların köməyi ilə təyin olunması. Sətrlərin daxilində istənilən alt sətrin ləğv olunmasının realizasiyası. Sətrlərdə istənilən indeksə məlumatların əlavə olunması. Hər hansı alt sətrin digər məlumat ilə dəyişdirilməsi. Sətrlərin simvollarının böyük və kiçik registrlarla yazılması. Sətrlərin tərkibindəki artıq probelləri ləğv etmək. String. Format metodunun özəllikləri.  Concat metodunun tətbiq olunduğu halların göstərilməsi.

 
     Dərs 11. Metodlar haqqında.
Cari dərsdə metod anlayışı geniş izah olunacaqdır. Metod nədir və onları istifadəçi siniflərində necə təyin etmək olar. Metodların tam sintaksis təyini  formaları. Siniflərin tərkibində metodların düzgün təyin olunmasının şərtləri.  Dövrlərin tərkibində metodlardan istifadə qaydaları və onların effektivliyinin göstrəilməsi. Metodlar arasındakı əlaqə modelini göstərmək.  Hər hansı məlumatı geri qaytaran metodların təyin olunması.  Müxtəlif arqumentlər ilə işləyən metodların təyini.

 
     Dərs 12. Siniflərin yaradılması.
Siniflərin yaradılması və isitfadəsi prinsipləri. Daxili siniflərin quruluşu. Metodların yüklənməsi. Konstruktorlar. Hər hansı məlumat geri qaytarmayan metodların təyin olunması. Siniflərdə konstruktor anlayışı nədir və hansı hallarda istifadə olunur. Konstruktorun işləmə prinsipləri.

 
     Dərs 13. System.Collections kitabxanası. List
Bu dərsdə System.Collections kitabxanasının imkanları barədə və geniş yayılmış tiplərdən biri olan LIST tipi haqqında məlumat veriləcəkdir.  Nümunələr əsasında LIST tipini adi massivlər ilə funskionallığına görə müqayisə edəcəyik.   LIST tipli massivlərin dinamik xüsusiyyətlərinin göstərilməsi. Bu tipli massivlərdə elementlərin yerdəyişməsi, ləğv olunması və nizamlanması proseslərini icra edən proqram vasitələrinin yaradılması.

 
     Dərs 14. Keçilmiş dərslərin təkrar edilməsi.
Bütün keçilmiş materiallar əsasında müxtəlif alqoritmik məsələlərin həll olunması.
 

 

Mərhələ 2:   C# WinForm Application

     Dərs 1. Windows Form haqqında. Formların yaradılması.
Form və pəncərə anlayışları haqqında ilkin məlumat. Bir neçə pənrəcə tipli nümunələrin yaradılması. Form hadisələrinin təyin olunması haqqında.  Form hadisələrinin icrasını göstərən nümunələrin yarqadılması. İlk pəncərə tipli (Windows Forms) proqram vasitələrinin  hazırlanması. Proyektin fayl strukturuna və siniflərin təsnifatına, Solution Explorer və Class View bölmələrinin köməkliyi ilə nəzarət olunması. Properties bölməsinin xassələrinə xüsusi fikir verilir. Formlara müxtəlif idarəetmə elementlərin əlavə olunması. İlk idarəetmə elementi kimi Button-dan istifadə.

 
     Dərs 2. İdarəetmə elementlərinin (İE) dinamik olaraq ölçü və yerdəyişmə göstəricilərini vermək.
Size və Location xassələri haqqında anlayış.  İE -lərin ölçülərinin dinamik dəyişməsini həyata keçirən proqram nümunələri yaratmaq. Toolbox İE panelindən istifadə. İElərin müvafiq kateqoriyalar üzrə təsnifatı. İE-lərin düzgün adlandırma və Form daxilində İE-lərin düzgün ardıcıllıqla yaradılması  prosesinin vacibliyi.  Label,TextBox, Timer  idarəetmə elementləri ilə iş. Rəsmlər ilə iş.  PictureBox idarəetmə elementinin xassələri.

 
     Dərs 3.  Bir neçə Form ilə işləməyin əsas prinsipləri.
Modal və Normal statuslu pəncərələrinin yaraılması.  Bu statuslar arasındakı fərqlər.  Yaradılan pəncərələrin xassələrinin proqramın təyinatına uyğun sazlanması.  Formların yaradılması və icra olunması üçün nəzərdə tutulan bölmələr.  MDI-form tipli daxili pəncərələrin yaradılması. Pəncərələrin şəffaflıq dərəcəsinin tənzimlənməsi.

 
     Dərs 4.  Menyu haqqında. Redaktə bölmələrinin yaraılması.
МenuStrip, ContextMenuStrip , RichTextBox , CheckBox , RadioButton, CheckBox idarəetmə elementlərinin xassələri.   Dialog tipli idarə elementlərinin tətbiqi.  ColorDialog, OpenFileDialog, SaveFileDialog idarəetmə elementlərinin xassələri.  Sadə funksionallığa malik mətn redaktoru (Notepad)  düzəltmək .

 
     Dərs 5. Fayllar ilə iş. Siyahıların yaradılması və tətbiqi.
System.IO kitabxanasından istifadə. ComboBox, ListBox idarə idarəetmə elemetləri ilə işləmək. Fayllar ilə iş zamanı StreamWriter və StreamReader potoklarından istifadə. Cari dərsdə keçilən mövzunun köməkliyi ilə Lüğət proqramını yaratmaq.

 
     Dərs 6. Kriptpqrafik alqortimlərin tətbiqi. Tarix funksiyalarının tətbiqi.
İnformasiya təhlükəsizliyində kriptoqrafik alqoritimlərin işlənməsi. Simmetrik kriptoqrafik alqoritmlərin əsasları. DES, TripleDES simmmetrik kriptoqrafik alqoritmlərinin tətbiqi. Assimmetrik kriptoqrafik alqoritmlərin istifadəsi. MD5, SHA assimmetrik kriptoqrafik alqoritimlərindən istifadənin vacibliyi. İstisna halları tənzimləmək üçün (Try Catch Finally) operatorundan istifadə. Şifrəli giriş sisteminə malik proqram yaratmaq.

 
     Dərs 7.  Bəzi idarəetmə elementlərinin xassələri haqqında . 
Cari dərsdə  bəzi funksional idarəetmə elementlərinin köməkliyi ilə proqram vasitələrinin yaradılması prosesi göstrərilir.  DateTimePicker, TabControl, MaskedTextBox , NumericUpDown , ProgressBar , StatusStrip , ToolStrip , TreeView , WebBrowser , Windows Media Player idaəretmə elementlərinin xassələri analiz olunur.  Cross Solution anlayışı göstəriir. 
 
     Dərs 8. Keçilmiş dərslərin təkrar olunması.
Bütün keçilmiş materialın əsasında tam funksional mətn redaktoru ( Notepad ) hazırlmaq.



 
 

Mərhələ 3:   C# ADO.NET Application

  
      Dərs 1.  SQL-Server (Sorğular haqqında).
Cari dərsdə verilənlər bazasının quruluşu barədə məlumat veriləcəkdir. Bazaların yaradılma səbəbləri göstərilir. İnformasiyanın cədvəl formasındakı görünüşü. İlk verilənlər bazasının yaradılması prosesi. SELECT seçim komandasının sintaksis yazılışı. WHERE şərt konstruksiyasının quruluşu.

 
Dərs 2.  SQL Serverin komandaları.
Dərs müddətində verilənlər bazası ilə işləmək üçün nəzərdə tutulan bir neçə vacib komandanın xassələri haqqında məlumat verilir. INSERT, UPDATE, DELETE , LIKE , ORDER BY , DESC  OR ,AND , NOT komandlarının tətbiqi göstərilir.  

 
Dərs 3.  Bir neçə cədvələ malik baza quruluşu. Cədvəllər arasında əlaqə.
Yeni cədvələrin əlavə olunması. Cədvəllərdə PRIMARY KEY və  FOREIGN KEY identifikasiya və əlaqə açarlarının verilməsi. Bir neçə cədvəllərə eyni zamanda əlaqə sorğularının göndərilməsi.  LEFT JOIN, INNER JOIN, RIGHT JOIN kimi əlaqə operatorlarından isitfadə.  Bu operatorları bir birindən fərqləndirən cəhətlər.

 
Dərs 4.  ADO.NET haqqında anlayış.  
Cari dərsin mahiyyəti verilənlər bazasında məlumat saxlamaq və emal etmək üçün nəzərdə tutulan əsas ADO.NET obyektləri haqqında məlumat əldə etməkdir. DataRow, DataColumn, DataTable obyektləri ilə işləmək üçün nəzərdə tutulan məlumat emal edicilərin tətbiqi. Dataset və DataTable yaraılmasında və funksionallığının təmin olunmasında istifadə olunan əlaqə protokollarının işlənilməsi.

 
  Dərs 5.  Əlaqələr. İdarəetmə provayderləri. WinForms tipli  proyektlərdə məlumatların göstərilməsi.
Dərs müddətində proqam vasitələrinin köməkliyi ilə baza əlaqəsi yaradılır. Əsas cədvəllərdəki məlumatların görüntülənməsi və emal olunması üçün ADO.NET obyektləri tətbiq olunur.  SqlAdapter, SqlParameters anlayışlarının izahı və tətbiqi. ListBox və ComboBox siyahı tipli idarəetmə obyektlərinin köməkliyi ilə məlumat mənbəylərinə qoşulmanı təmin edirik.  DataSource, DisplayMember, ValueMember obyektlərinin xassələrinə baxılır.

 
Dərs 6.  WinForms tipli  proyektlərdə məlumatların göstərilməsi üçün DataGridView elementindən istifadə. 
Sql-Command obyektindən isitfadə. DataGridView idarəetmə elementinin məlumat mənbəyinini DataSource vasitəsi ilə əlaqələndirilməsi. CurrentRow  xassəsinin imkanlarından istifadə.   Bazaya qoşulma prosesinin optimizasiyasını həyata keçirdirik.

 
Dərs 7. Məlumat axtarış sistemin yaradılması.
Axtarış olunacaq məlumatların müəyyənləşdirilməsi.  Axtarış kriteriyalarına müvafiq olaraq TextBox obyektlərinin yaradılması. DataGridView elementləri arasında axtarışın həyata keçirilməsi.   DataGridViewRow.Cells[] xassəsinin və dövr operatorlarının düzgün tətbiqi ilə məlumat axtarış sisteminin qurulması.  SQL sorğuların optimizasiyası vasitəsi ilə axtarış sürətinin artırılması.

 
Dərs 8. Keçilmiş dərslərin təkrar olunması.
Bütün keçilmiş materialın əsasında, ADO .NET-in imkanlarından istifadə etməklə Telefon Kitabçası proqramını (Phonebook)  hazırlamaq. 
Bütün keçilmiş materialın əsasında, ADO .NET-in imkanlarından istifadə etməklə Hotel İdarəetməsi proqramını (Hotel management)  hazırlamaq.

 

Mərhələ 4:   C# WEB Application ( ASP.NET 4.0 )

Dərs 1. ASP.NET əsasları.
Dərs müddətində Web-proyektlərinin yaradılmasının əsasları haqqında anlayış verilir. Web-Service, Web-Bowser və HTTP protokollar haqqında, həmçinin  ASP.NET-in quruluşu və server-client texnalogiyasının əsasları haqqında məlumat verilir. İlk sadə Web proyekt yaradılır. 

 
Dərs 2. Əsas server tipli idarəetmə elementləri.
Dərs müddətində əsas server tipli idarəetmə elementlərinin yaradılması, xassələri və hadisələri haqqında məlumat verilir. Bundan əlavə səhifələrin və idaəretmə elemtlərinin görünüş üslubunun dəyişdirilməsi göstərilir. Button, TextBox, Label, CheckBox, Image, Panel, Literal, Calendar idarəetmə elementləri əlavə olunur və xassələri öyrənilir.

 
Dərs 3. ASP.NET cədvəllərin istifadə olunması .Validator yoxlayıcılarının  tətbiqi.
Dərs müddətində cədvəl tipli idaəretmə elementlərinin xassələri analiz olunur.  ASP.NET Table, HTML Table, ImageButton, Hyperlink, LinkButton, BulletList və Validator kimi idarəetmə elementlərinin əlavə olunması və hadisələrinin təyin olunması prosesi həyata keçirilir.

 
Dərs 4. Siyahı tipli idarəetmə elementləri.
Əksər web proyektlərdə siyahı tipli məlumatlardan istifadə etmək vacib olur. Dərs müddətində məhz bu tipli elementlərin xassələri və hadisələri haqqında məlumat verilir.   BulletedList,  RadioButtonList, CheckBoxList ,ListBox ,DropDownList kimi siyahı tipli idarəetmə elementlərin tətbiqi göstərilir.

 
Dərs 5. AJAX texnalogiyasının əsasları.  Naviqasiya.  MasterPage səhifələrinin yaraılması.
Dərs müddətində AJAX (Asynchronous JavaScript And XML) texnologiyasının əassları və bu texnologiyasının istifadə etdiyi əsas kontrollar haqqında geniş məlumat verilir.  UpdatePanel, Timer, Menu, TreeControl idarəetmə elemetnlərinin xassələri öyrənilir. Master Page tipli şablon səhifələrin yaradılması. Bot hücumlarınına qarşı Captcha qoruma sistemlərinin tətbiq olunması.

 
Dərs 6. Proyekt göstrəricilərinin yadda saxlanılması.  XML faylları ilə iş.
Proyektin cari vəziyyətini yadda saxlamaq üçün nəzərdə tutulan  ViewState, Session, Cookie, Application funksiyalari haqqında məlumat. XML tipli sənədlərin yaradılması və redaktə olunması. System. XML kitabxanasının imkanlarında istifadə.

 
Dərs 7. Kriptpqrafik alqortimlərin tətbiqi. Fayllar ilə iş. MultiView. 
İnformasiya təhlükəsizliyində kriptoqrafik alqoritimlərin işlənməsi. Simmetrik kriptoqrafik alqoritmlərin əsasları. DES, TripleDES simmmetrik kriptoqrafik alqoritmlərinin tətbiqi. Assimmetrik kriptoqrafik alqoritmlərin istifadəsi. MD5, SHA assimmetrik kriptoqrafik alqoritimlərindən istifadənin vacibliyi.  Fayllar ilə iş zamanı StreamWriter və StreamReader potoklarından istifadə. MultiView idarəetmə elementinin tətbiqi və xassələri haqqında.

 
Dərs 8.  ASP.NET köməkliyi ilə .NET-ə Flash texnologiyasının inteqrasiyası .
Wondershare Flash Gallery proqramının köməkliyi ilə ASP.NET proyektlərində ilk şəkil albomunun düzəldilməsi.  Wizard Control idarəetmə elementinin üstünlükləri.  Web.config faylının köməkliyi ilə  ASP .NET proyektinin müxtəlif konfigurasiyasının verilməsi.

 
Dərs 9. Əlaqələr. İdarəetmə provayderləri. ASP.NET proyektlərdə məlumatların göstərilməsi. 
Dərs müddətində proqam vasitələrinin köməkliyi ilə baza əlaqəsi yaradılır. Əsas cədvəllərdəki məlumatların görüntülənməsi və emal olunması üçün ADO.NET obyektləri tətbiq olunur.  SqlAdapter, SqlParameters anlayışlarının izahı və tətbiqi. ListBox və ComboBox siyahı tipli idarəetmə obyektlərinin köməkliyi ilə məlumat mənbələrinə qoşulmanı təmin edilməsi.  DataSource, DisplayMember, ValueMember obyektlərinin xassələrinə baxılır.

 
Dərs 10. ASP.NET proyektlərdə məlumatların göstərilməsi üçün GridView elementindən istifadə. 
Sql-Command obyektindən isitfadə. GridView idarəetmə elementinin məlumat mənbəyinini DataSource vasitəsi ilə əlaqələndirilməsi. CurrentRow  xassəsinin imkanlarından istifadə.   Bazaya qoşulma prosesinin optimizasiyasını həyata keçirdirik.

 
Dərs 11. Məlumat axtarış sistemin yaradılması.
Axtarış olunacaq məlumatların müəyyənləşdirilməsi.  Axtarış kriterlərinə müvafiq olaraq TextBox obyektlərinin yaradılması. GridView elementləri arasında axtarışın həyata keçirilməsi.   GridViewRow.Cells[] xassəsinin və dövr operatorlarının düzgün tətbiqi ilə məlumat axtarış sisteminin qurulması.  SQL sorğuların optimizasiyası vasitəsi ilə axtarış sürətinin artırılması.

 
Dərs 12. GridView elementinin tərkibində şəkillərin göstərilməsi. 
GridView daxilində Image sütununun yaradılması. System.Drawing kitabxanasından isitfadə. Şəkillərin redaktə olunması və yadda saxlanılması. Şəkil formatının və tip quruluşun dəyişdirilməsi.

 
Dərs 13 . HTML HtmlControls köməkliyi ilə dinamik cədcəllərin yaradılması.
System.Web.UI.HtmlControls kitabxanasının tətbiq olunması.   HTML HtmlControls köməkliyi ilə verilənlər bazasındakı məlumatların xüsusi dinamik cədvəllərdə görüntülənməsi proqramını yaratmaq.

 
Dərs 14. Keçilmiş dərslərin təkrar olunması.
Bütün keçilmiş materiallar əsasında, ADO .NET-in imkanlarından istifadə etməklə avtomobil satışı (СarSales)  web lahiyəsini hazırlamaq.

Hazırlıq KurslarıDil KurslarıBakıda ucuz hazırlıq kurslarıŞahmat KurslarıRəsim Kurslarıİngilis dili kurslarıRus dili KurslarıMəktəbə qədər kurslarıKids clubBakıda kurslarHazırlıqKurslarTədris MərkəziNadir hazırlıq KurslarıNadir kurslarıKursların ünvanıİT kurslarİngilis dili öyrənmək istəyirəmRus dili öyrənmək istəyirəmEndirimli kurslarEbru Kursları