Cəbr - Kurslar






Cəbr


İlk “hesablama cihazları” barmaqlar və kiçik daşlar olub. Qədim Misirdə və Yunanıstanda b.e. əvvəl çötkə istifadə edirdilər. Bu çötkələr zolaqlı lövhələr idilər və kiçik daşlar zolaqlar üzrə hərəkət edirdilər.Bu cihaz məhz xüsusi olaraq hesablamalar aparmaq üçün nəzərdə tutulan ilk cihaz olub. Zaman ötdükcə çötkə təkmilləşirdi.

Çötkə XVIII əsrə qədər istifadə olunub. Daha sonra isə onu yazılı hesablamalar əvəz edib.

Eyni perimetrli fiqurlar arasında ən böyük sahə dairədə olacaq. Lakin eyni sahəli fiqurlar arasında ən kiçik perimetr dairənin olacaq.

Riyaziyyatda oyunlar, kəsişmə və düyünlər nəzəriyyələri var.

Tortu bıçağa üç dəfə toxunmaq ilə səkkiz hissəyə kəsməyin iki üsulu var.

2 və 5 – 2 və 5 ilə bitən yeganə sadə rəqəmlərdi.

Sıfırı rum rəqəmləri ilə yazmaq mümkün deyil.

Bərabərlik işarəsini «=» ilk dəfə 1557-ci ildə Robert Rekord tətbiq edib.

1-dən 100-ə qədər olan rəqəmlərin cəmi 5050-yə bərabərdir.

1995-ci ildən etibarən Tayvanda dörd rəqəminin ləğv edilməsinə icazə verilib. Çünki çin dilində bu rəqəm “ölüm” sözü kimi səslənir. Bir çox binalarda dördüncü mərtəbə yoxdur.

An saniyənin yüzdə bir hissəsi qədər davam edən vaxt vahididir.

Çarlz Lütdvic Cocson həyatının böyük bir hissəsini riyaziyyat elminə həsr edən britaniyalı riyaziyyatçı olub. Lakin bundan savayı, o, Lyuis Kerrol ləqəbi ilə tanınan məşhur yazıçı olub.

İlk riyaziyyatçı qadın IV-V əsrlərdə Yunanıstanda yaşayan Hipatiya olub.

Amerikalı tələbə Corc Dansiq dərsə gecikdiyi üçün lövhədə yazılmış tənlikləri ev tapşırığı sanmışdır. Çətinliklə olsa da, o, bu tənlikləri həll edə bilmişdi. Daha sonra isə tənliklərin statistikada “həll olunmayan” tənliklər olduğu və bunların üzərində alimlərin uzun illər işlədiyi məlum olmuşdu.

Riyaziyyat elminin müasir alimi və professoru Stiven Hokinq riyaziyyatı ancaq məktəbdə oxuduğunu iddia edir. Oksfordda riyaziyyat fənnini tədris etdiyi zaman o, dərsliyi şagirdlərini ancaq bir neçə həftə qabaqlayaraq oxuyurdu.

Britaniyalı riyaziyyatçı Abraxam de Muavr yaşlı olanda hər gün 15 dəqiqə daha çox yatdığını aşkarlamışdı. O, arifmetik silsilə tərtib edir və sutkada 24 saat yatacağı günü hesablayır. Həmin gün onun ölüm tarixi, 1754-cü ilin 27 noyabrı olur.

Əgər siz öz yaşınızı 7-yə, daha sonra isə 1443-ə vursanız, nəticədə siz 3 dəfə ardıcılıqla yazılmış yaşınızı alacaqsınız.

Dindar yəhudilər xristian simvolizmindən və xaça bənzər işarələrdən istifadə etməməyə çalışırlar.

Buna görə bir çox İsrail məktəblərində «+» işarəsinin əvəzinə tərsinə çevrilmiş “t” hərfindən istifadə olunur.

Pi rəqəmi ilk dəfə VI əsrdə hind riyaziyyatçısı Budxayan tərəfindən hesab edilmişdi.

İlk dəfə mənfi rəqəmlər Çində III əsrdə qanunlaşdırılmışdır. Lakin mənasız hesab edildikləri üçün nadir hallarda istifadə olunurdular.

Alfred Nobelin öz mükafatını riyaziyyatçılara verilməməsi qərarını Nobelin həyat yoldaşının onu bir riyaziyyatçı ilə aldatdığına görə verdiyi haqqında mülahizələr irəli sürülüb.

Həqiqətdə isə Nobel heç vaxt evli olmayıb. Nobelin riyaziyyata məhəl qoymamasının əsl səbəbi isə məlum deyil.

Kvadrat tənliklər ilk dəfə XI əsrdə Hindistanda yaradılıb. Hindistanda istifadə olunan ən böyük rəqəm 53-cü dərəcədə olan 10 rəqəmi idi. Yunanıstan və Romada isə ancaq 6-cı dərəcədə olan rəqəmlərdən istifadə edilirdi.

23 nəfərdən olan qrupda iki nəfərin ad günlərinin üst-üstə düşmələrinin ehtimalı 50%-dən çoxdur.

60 nəfərlik qrupda isə bu ehtimal 99% təşkil edir.

Hazırlıq KurslarıDil KurslarıBakıda ucuz hazırlıq kurslarıŞahmat KurslarıRəsim Kurslarıİngilis dili kurslarıRus dili KurslarıMəktəbə qədər kurslarıKids clubBakıda kurslarHazırlıqKurslarTədris MərkəziNadir hazırlıq KurslarıNadir kurslarıKursların ünvanıİT kurslarİngilis dili öyrənmək istəyirəmRus dili öyrənmək istəyirəmEndirimli kurslarEbru Kursları