13İngilis Dili Kursları - Kurslar






İngilis Dili Kursları
İngilis Dili Kursları


İngilis Dili Kurslari Müasir dövrümüzdə ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmarlar da ingilis dilində aparılır.Cənubi Amerika və Avropa məktəblərində ən çox tədris olunan dil ingilis dilidir. Filippində və Yaponiyada uşaqlar ingilis dilini ən kiçik yaşlarından öyrənməyə başlayırlar. İngilis dili Britaniya, Kanada, Birləşmiş Ştatlar, Avstraliya və Cənubi Afrika daxil olmaqla, yetmiş beşdən çox ölkənin rəsmi dilidir. Nadir Hazirliq kurslari sizlərə peşakar və sürətli ingilis dili orgenmeyi teklif edir İngilis Dili Kursu 6-Hisseye bolunur Əgər Sizi İngilis Dili biliklərinin səviyyələri maraqlandırırsa, bu barədə daha ətraflı aşağıdakı məlumatlardan öyrənə bilərsiniz. 1 BEGINNER Başlayan – Siz ingilis dilində bir neçə söz bilirsiniz. Birinci səviyyə. Bu mərhələ əvvəllərdə ingilis dilini öyrənmək imkanı olmayanlar üçün nəzərdə tutulur. 2 ELEMENTARY Elementar – Özünüz üçün adət etdiyiniz şəraitdə danışıq vərdişiniz var. Siz səfərlər zamanı və müəyyən vəziyyətlərdə ünsiyyət saxlaya bilirsiniz. Özünüz barədə sadə məlumat verə bilirsiniz. Siz sadə fikirlərinizi, ideyalarınızı və istəklərinizi ifadə edə bilirsiniz. Cümləni düzgün qurmağı bacarırsınız. Siz ingilis dilinin daha da mürəkkəb aspektlərini və funksiyasını mənimsəməyə hazırsınız. 3 PRE-INTERMEDIATE Orta səiyyədən bir qədər aşağı – Siz gündəlik həyatda və səfərlər zamanı əsas ünsiyyət vərdişlərinə maliksiniz. Siz sözləri dəqiq tələffüz edirsiniz. Öz barənizdə, və ya e-mail ya məktub yaza bilirsiniz. Siz daha çox qulaq asmalısınız, qrammatikanı öyrənməlisiniz və söz ehtiyatını genişləndirməlisiniz 4 INTERMEDIATE Orta – Siz ingilis dilini başa düşüb, inamla danışırsınız. Məşğələlərdə əsas ideyaları başa düşürsünüz. Yazılı və şifahi İngilis dilinin rəsmi və ya qeyri rəsmi formada olub-olmamasını müəyyən edə bilirsiniz. Məktub və rəsmi blank və formaları yazıb doldura bilirsiniz. Siz danışiq sürətini,qrammatik biliklərinizi və söz ehtiyatını artırmalısınız (standart kursun irəliləyışi). 5 UPPER-INTERMEDIATE Orta səviyyədən bir qədər yüksək – Siz ingilis dilini kifayət qədər yaxşı bilirsiniz. Siz müxtəlif vəziyyətlərdə rəsmi və ya qeyri rəsmi dildən, ifadə və danışıq tərzindən istifadə edə bilirsiniz. Biliklərinizi artırmaq üçün fikirlərinizi düzgün ifadə etməyi və əsaslandırmağı öyrənmək və qrammatikaya fikir vermək və söz ehtiyatını artırmaq lazımdır. Bu səviyyəni bitirdikdən sonra, Siz, Kembric İmtahanlarını IELTS (International English Language Testing System), FCE (First Certificate in English) və Amerikanın TOEFL (Test of English as a Foreign Language) imtahanlarını müvəffəqiyyətlə vermək üçün hazırlıq kürsuna başlaya bilərsiniz. 6 ADVANCED Yüksək – Siz praktiki ünsiyyət vərdişlərinə maliksiniz və bu vərdişlərdən müxtəlif mədəni mühitlərdə istifadə edə bilirsiniz. İstənilən mövzuda sərbəst danışa bilirsiniz. Telefon danışıqlarını sərbəst apara bilirsiniz. Kiçik hekayə, məqalə, hesabat, inşa yaza bilirsiniz. Siz söz ehtiyatını genişləndirmək,dilin formaları və nitq usulları üzərində çalışmalısınız.Bu səviyyəni bitirdikdən sonra, Siz, Kembricin CAE (Certificate in Advanced English) imtahanını müvəffəqiyyətlə verə bilərsiniz, eləcədə CPE (Certificate of Proficiency in English) imtahanına hazırlaşa bilərsninz. Kursu bitirən tələbələrimiz CERTİFİCATEDİPLOMLA təmin edilir!

 

Hazırlıq KurslarıDil KurslarıBakıda ucuz hazırlıq kurslarıŞahmat KurslarıRəsim Kurslarıİngilis dili kurslarıRus dili KurslarıMəktəbə qədər kurslarıKids clubBakıda kurslarHazırlıqKurslarTədris MərkəziNadir hazırlıq KurslarıNadir kurslarıKursların ünvanıİT kurslarİngilis dili öyrənmək istəyirəmRus dili öyrənmək istəyirəmEndirimli kurslarEbru Kursları