5Şahmat kursları - Kurslar






Şahmat kursları
Şahmat kursları


Sizi şahmat öyrənməyə dəvət edir. 
Dərslər professional şəkildə xüsusi sistem üzrə keçirilir.
Siz övladınızın inkişafını zaman keçdikcə açıq-aydın hiss edəcəksiniz. Qruplar yaşa, səviyyəyə bölünür. 
Yeni başlayanlar-piyada qrupu
Orta səviyyə- at və fil qrupları
Dərslər 3 dildə keçirilir:


Sahmat Kurslari - Hazirliq Kurslari

Şahmat dünyanın ən qədim oyunlarından biridir.

Tarixdə şahmat oyununun harada yaranmasına dair yekdil fikir yoxdur. Bu məsələ mübahisəli olduğundan şahmatın vətəni barədə görüşlər birmənalı qəbul edilmir. Bəzi qaynaqlarda qeyd olunur ki, şahmatın atası hesab edilən ona bənzər ilk oyunların təxminən 4000 il bundan əvvəl Misirdə oynanılmasına dair izlər Misir fironu IV Amenhotepin ar­vadı, firon Tutankhamunun qaynanası kraliça Nefertitiyə aid piramidadakı qabartma təsvirlərdə aşkar edilmişdir. Halbuki sözügedən təsvirlərdə bəhs olunan oyun şahmatla heç bir əlaqəsi olmayan senet adlı oyundur. Senetlə şahmatın ilk bənzərliyi hər iki stolüstü oyunun iki şəxs tərəfindən oynanılmasıdır. Digər oxşarlıq hər ikisində daşların olmasıdır, lakin unutmaq olmaz ki, daş sayında və formasında heç bir bənzərlik yoxdur. Senetdə də taxtanın səthi kvadratlardan ibarətdir, lakin kvadratların sayı 30-dur.

Bir versiyaya görə şahmatı ilk dəfə kəşf edən şəxs hind mütəfəkkiri Herssabbin Dahire, oyunu yayan şəxs isə Liclac İbn-i Sita adlı başqa bir hindli olmuşdur.

Şahmatla bağlı ilk yazılı sənədlərə təqribən 380-ci illərdə hind hökmdarı II Chandraguptanın zamanında və “Çaturanga” adlı oyuna dair sanskrit dilindəki mənbələrdə rast gəlinməkdədir.

VI əsrdə İran şahı I Khusrova Hindistan padşahı tərəfindən şahmat hədiyyə edildikdən sonra oyun “çatranq” adını almış, həmin dövrdə ərəblərin İranı istila etməsindən sonra isə oyun islam dünyasında tanınaraq adı “satranj” olaraq dəyişikliyə uğramışdır.

İranlılardan ərəblərə keçən, VIII əsrdə Əməvilər dövləti tərəfindən Əndəlus vilayətinə, onların vasitəsilə də İspaniyaya yayılmış olan şahmat sonralar bütün Avropada sevilərək oynanılmağa başlanılmışdır.

X əsrdə şahmat bizanslılar, ruslar və vikinqlər tərəfindən oynanılmağa başlanmışdır.


Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur.

Müasir dövrdə Azərbaycan dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov kimi şahmatçılar vermişdir.

FİDE-nin 2008-ci iyul ayına olan listində Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov dünaynın ən güclü 20 şahmatçısı sırasında yer almışlar.
Şahmatın uşaqların psixoloji bacarıqlarının inkişafına təsiri.
Şahmata gün-gündən daha çox tələbat artır.Bir çox valideyinlər uşaqlarının əqli və fiziki inkişafına böyük önəm verir və bu məqsədlə uşaqlarını şahmat məşğlələrinə yazdırırlar. Bu da əsassız deyil, dəqiq araşdırmalar şahmatın uşaqların psixoloji bacarıqlarını inkişaf etdirdiyini sübut edib.Buna gördədə
Nadir hazirliq Kurslari uşaqlar üçün şaxmat dərsləri təşkil edir.

Hazırlıq KurslarıDil KurslarıBakıda ucuz hazırlıq kurslarıŞahmat KurslarıRəsim Kurslarıİngilis dili kurslarıRus dili KurslarıMəktəbə qədər kurslarıKids clubBakıda kurslarHazırlıqKurslarTədris MərkəziNadir hazırlıq KurslarıNadir kurslarıKursların ünvanıİT kurslarİngilis dili öyrənmək istəyirəmRus dili öyrənmək istəyirəmEndirimli kurslarEbru Kursları